Menu

Azərbaycana gələn hərbi təyyarə Ermənistan üzərindən keçib - Yüksək vəzifəli şəxsi daşıyırmış

13.01.2026, 13:42
Azərbaycana gələn hərbi təyyarə Ermənistan üzərindən keçib - Yüksək vəzifəli şəxsi daşıyırmış

Misirdən havaya qalxan “CASA C295” tipli hərbi nəqliyyat təyyarəsi bu dəfə adət olunandan fərqli marşrut seçərək Ermənistanın hava məkanından keçməklə Azərbaycana uçuş həyata keçirib.

Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb. Bildirilib ki, normal şəraitdə Azərbaycana uçan hərbi təyyarələr əsasən Türkiyə və Gürcüstan üzərindən hərəkət edir. Lakin bu uçuş istisna təşkil edib.

Qeyd olunub ki, qeyri-mülki, o cümlədən rəsmi və hərbi təyyarələrin Ermənistan hava məkanından istifadə etməsi üçün ölkənin Xarici İşlər Nazirliyinin xüsusi icazəsi tələb olunur. Məlumata əsasən, Qahirə–Bakı reysi 2025-ci ilin dekabr ayının əvvəlində baş tutub və təyyarə elə həmin gün yenidən Ermənistan üzərindən keçərək Misirə qayıdıb.

Nəşr uçuşun məqsədi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən verilən cavabda bildirilib ki, sözügedən uçuş şəxsi səfər xarakteri daşıyıb. Açıqlamada qeyd edilib ki, Qahirədən Bakıya Ermənistan hava məkanından keçən təyyarə sərnişin təyyarəsi olub və Azərbaycana xüsusi yüksək vəzifəli şəxsin gətirilməsi məqsədi ilə uçuş həyata keçirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol