Ermənistan bu il hərbi təlimlər keçirməyi planlaşdırmır.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında məlumat verib.
O, ötən il İranla birgə təlimlər keçirildiyini xatırladıb.
"Biz öz ərazimizdəyik, İran isə öz ərazisində. Hazırda məhdudiyyətlər yoxdur, lakin planlaşdırılmış təlimlər də yoxdur", - S.Papikyan bildirib.
"Münasibətlərimiz açıq və şəffafdır. Lakin hərbi baxımdan özümüzə, öz iqtisadiyyatımıza və ordumuza güvənirik", – deyə nazir müttəfiqlərlə münasibətlərə dair sualı cavablandırarkən deyib.


Şərhlər