Menu

ABŞ 100 mindən artıq vizanı ləğv etdi

13.01.2026, 14:17
ABŞ 100 mindən artıq vizanı ləğv etdi

ABŞ Dövlət Departamenti milli təhlükəsizliyin gücləndirilməsi məqsədilə 100 mindən artıq vizanı ləğv etdiyini açıqlayıb.

Bu barədə departament “X” sosial şəbəkəsində paylaşım edib. Bildirilib ki, ləğv olunan vizalar arasında təxminən 8 min tələbə vizası və 2 min 500-ə yaxın ixtisaslaşmış viza var. 

Söhbət daha əvvəl ABŞ-nin hüquq-mühafizə orqanları tərəfindən mümkün cinayət fəaliyyəti ilə əlaqələndirilən şəxslərdən gedir.

Dövlət Departamenti vurğulayıb ki, viza ləğvləri deportasiya tədbirləri ilə paralel şəkildə həyata keçirilir və ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə bu proses davam etdiriləcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol