İranda 28 dekabrdan bəri davam edən etirazlarda ölənlərin sayının təhlükəsizlik qüvvələri də daxil olmaqla təxminən 2000 nəfərə çatdığı bildirilir.
Bu barədə ABŞ-də yerləşən vətəndaş cəmiyyəti təşkilatı məlumat yayıb.
Ancaq bir çox mıənbələr etirazlarda həyatını itirənlərin sayının 646 nəfərə çatdığını bildirir. Bunlardan 9-u uşaq olmaqla 505-i etirazçı, 133-ü əsgər və hüquq-mühafizə orqanı işçisi, 7-si etirazlarda iştirak etməyən mülki şəxs və 1-i prokurordu.
Həmçinin nümayişlər zamanı həbs olunanların sayının 10721-ə çatdığı bildirilib.
"AzPolitika.info"


Şərhlər