ABŞ-nin İrana mümkün müdaxiləsinin ağır nəticələr doğura biləcəyi bildirilir.
Bunu rusiyalı politoloq Vasili Koltaşov bu mövzu ilə bağlı açıqlama verib. O, 1970-ci illərin sonlarında ABŞ-nin dəstəyi ilə İraqın İrana qarşı hücumunu xatırladaraq, həmin müdaxilənin İran cəmiyyətində geniş səfərbərliyə və uzunmüddətli münaqişəyə yol açdığını vurğulayıb.
Koltaşovun sözlərinə görə, ABŞ-ın, xüsusilə Donald Trampın İran məsələsinə yenidən qarışması bu gün də oxşar nəticələrə gətirib çıxara bilər. Onun fikrincə, ölkə daxilində etirazlar və ruhani hakimiyyətə qarşı narazılıq mövcud olsa da, İran cəmiyyətində güclü antiamerika əhval-ruhiyyəsi hələ də qalmaqdadır.
Politoloq bildirib ki, iranlılar ABŞ-ın ölkə üzərində nəzarət qurmasını və xarici güclərin neft resurslarını ələ keçirməsini qəbul etmir. Etirazçıların əsas tələbləri isə iqtisadi islahatlar, dünyəvi idarəçilik və şəxsi azadlıqların genişləndirilməsidir. Bununla belə, cəmiyyət xarici müdaxiləni və ya nəzarəti istəmir.
Koltaşov hesab edir ki, hazırkı proseslərin ən real nəticəsi xarici müdaxilə deyil, İran daxilində islahatların gündəmə gəlməsi ola bilər.
"AzPolitika.info"


Şərhlər