Menu

Ağ Evdən maraqlı paylaşım - FOTO

13.01.2026, 16:44
Ağ Evdən maraqlı paylaşım - FOTO

ABŞ-nin Qrenlandiya ilə bağlı son addımları dünya gündəminin əsas mövzularından birinə çevrilib.

ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında ABŞ və Avropanın milli təhlükəsizliyi baxımından Qrenlandiyanın müdafiəsinin zəruri olduğunu bildirib və “Çin və ya Rusiyanın Qrenlandiyanı ələ keçirməsinə imkan verə bilmərik” deyə vurğulayıb.

Ağ Ev də mövzu ilə bağlı diqqətçəkən paylaşım edib. Paylaşımda Trampın pəncərədən Qrenlandiya xəritəsinə baxdığı təsvir olunan foto yer alıb və “Vəziyyəti izləmək üçün klikləyin” çağırışı edilib. Bu isə Vaşinqtonun məsələni yaxından izlədiyi mesajı kimi qiymətləndirilir.

Digər tərəfdən, ABŞ Konqresində respublikaçı konqresmen Rendi Fayn tərəfindən Qrenlandiyanın ABŞ-a birləşdirilməsini nəzərdə tutan qanun layihəsi irəli sürülüb. “Qrenlandiyanın ilhaqı və ştat statusu haqqında qanun” adlanan sənəd Qrenlandiyanın könüllü şəkildə ABŞ-ın 51-ci ştatı olması üçün Donald Tramp administrasiyasına müvafiq addımlar atmaq səlahiyyəti verir.

Fayn açıqlamasında qeyd edib ki, Qrenlandiya təkcə coğrafi baxımdan uzaq bir ərazi deyil, Arktika bölgəsində strateji mövqeyinə görə ABŞ və qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır. Qanun layihəsinin Konqresin ümumi iclasında müzakirəyə çıxarılıb-çıxarılmayacağı hələlik məlum deyil.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol