Menu

HAMAS yeni liderini seçəcək - Şanslı namizədlərin adı açıqlanıb

13.01.2026, 18:46
HAMAS yeni liderini seçəcək - Şanslı namizədlərin adı açıqlanıb

HAMAS bu ay ərzində yeni liderini seçəcək.

APA xəbər verir ki, bu barədə HAMAS-dan olan iki anonim mənbə “Reuters“ə danışıb.

Mənbələr potensial namizəd adı çəkməsələr də, “Reuters“ Xəlil əl-Hayya və Xalid Meşaalın daha şanslı namizədlər olduğunu yazıb.

Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol