Menu

Azərbaycanda ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırılıb

13.01.2026, 21:42
Azərbaycanda ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırılıb

Ünvanlı dövlət sosial yardımı 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata qədər yüksəlib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də "Hədəf" verilişində deyib.

Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımının orta məbləği 2,4 dəfə, yaşayış minimumu 73 faiz artıb: "Ehtiyac meyarının isə 2,3 dəfə artımına nail olunub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol