Ermənistanın Fiqurlu Konkisürmə Federasiyası «dərin təəssüf hissi ilə» bəyan edib ki, ölkənin milli yığma komandasının üzvləri – fiqurlu konkisürən Simon Danilyants, eləcə də idman cütü Karina Akopova - Nikita Raxmanin 2025–2026 mövsümünün ən mühüm turnirlərindən biri olan Fiqurlu Konkisürmə üzrə Avropa Çempionatında iştirak etməyəcəklər.
Federasiyanın açıqlamasında bildirilir ki, bütün zəruri sənədlər vaxtında təqdim edilsə də, Böyük Britaniyanın səfirliyi idmançılara müəyyən edilmiş müddətlər çərçivəsində giriş vizası verməyib. Nəticədə Ermənistan yığması Avropa çempionatına qatılmaq imkanından faktiki olaraq məhrum olub.
Məlumata görə, Böyük Britaniyanın səfirliyi viza prosedurunu uzadıb və nəticədə Ermənistan milli komandası bu gün start götürən Avropa çempionatında iştirak etmək imkanını itirib.
Federasiya yaranmış vəziyyətə görə ciddi narahatlığını ifadə edərək, beynəlxalq idman yarışlarında iştirakın administrativ maneələr səbəbindən əngəllənməsinin yolverilməz olduğunu vurğulayıb.
“AzPolitika.info”


Şərhlər