Menu

“Azərbaycanın təhvil verdiyi ermənilərin səhhətində problem yoxdur” - Paşinyan

14.01.2026, 20:37
“Azərbaycanın təhvil verdiyi ermənilərin səhhətində problem yoxdur” - Paşinyan

“Gevorq Sujyan, David Davtyan, Vigen Eulcekciyan və Vaqif Xaçatryan bu yaxınlarda Həkəri körpüsündə Azərbaycan Respublikasının müvafiq orqanlarının nümayəndələri tərəfindən Ermənistan Respublikasının müvafiq orqanlarının nümayəndələrinə təhvil verilib”.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O qeyd edib ki, yuxarıda adıçəkilən şəxslər hazırda Ermənistan Respublikasının ərazisindədirlər.

Paşinyan onu da bildirib ki, ilkin müayinənin nəticələrinə görə Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanın səhhətində problem yoxdur.

“Vaqif Xaçatryanın səhhəti əvvəlcədən qənaətbəxş qiymətləndirilir”, – Baş nazir əlavə edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol