Menu

"Qəzza üzrə idarəetmə komitəsi mümkün qədər tez işə başlamalıdır" - HƏMAS

14.01.2026, 22:09
"Qəzza üzrə idarəetmə komitəsi mümkün qədər tez işə başlamalıdır" - HƏMAS

Qəzza üzrə idarəetmə komitəsi mümkün qədər tez işə başlamalıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu bəyanatla HƏMAS daxil olmaqla, Fələstin fraksiyaları Qahirədə keçirdikləri görüşdə çıxış edib.

Fraksiyalar Qəzza zolağının müharibədən sonra idarə edilməsi üçün Fələstin Milli Komitəsinin işinin tezliklə başlanmasına çağırıb.

"Biz Qəzzanın keçid dövründə idarə edilməsini həyata keçirəcək Fələstin Milli Komitəsinin formalaşmasında vasitəçilərin səylərini dəstəkləyirik və bu inzibati orqanın öz fəaliyyətinə dərhal başlaya bilməsi üçün bütün şəraitin təmin edilməsinə çağırırıq", - bəyanatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol