Menu

ABŞ 24 saat ərzində İrana zərbə endirə bilər - Regionda gərginlik pik həddə yüksəlib

14.01.2026, 21:04

ABŞ regionda gərginliyin artması fonunda növbəti sutka ərzində İrana zərbələr endirə bilər.

Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Vaşinqton “ehtiyat tədbiri” olaraq Yaxın Şərqdə yerləşən bəzi hərbi bazalardan ABŞ personalının bir hissəsini geri çəkib. Bu addım regionda təhlükəsizlik risklərinin artması ilə əlaqələndirilir.

Bir İsrail rəsmisi mediaya açıqlamasında bildirib ki, ABŞ-ın müdaxilə qərarı artıq verilib, lakin əməliyyatın konkret vaxtı və miqyası hələlik dəqiqləşməyib.

İran tərəfi isə mümkün hücumla bağlı sərt xəbərdarlıqlar edir. Yüksək vəzifəli İran rəsmisi bildirib ki, ABŞ hərbi əməliyyata başlayacağı təqdirdə, Tehran regionda yerləşən Amerika bazalarını hədəf alan cavab tədbirləri görə bilər.

Qeyd edək ki, hazırda ABŞ tərəfindən İrana qarşı hərbi hücumla bağlı rəsmi açıqlama verilməyib. Lakin regionda baş verən son hərbi və diplomatik addımlar gərginliyin yeni mərhələyə keçə biləcəyi ehtimalını artırır.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol