Menu

SEPAH İsrail kəşfiyyatı ilə əlaqəli 31 nəfəri saxlayıb

14.01.2026, 23:19
SEPAH İsrail kəşfiyyatı ilə əlaqəli 31 nəfəri saxlayıb

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat qolu İrandakı etirazlarda İsrailin xarici kəşfiyyat xidməti (MOSSAD) ilə əlaqəli 31 nəfəri saxlayıb.

"Report" "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda vurğulanıb.

Bildirilib ki, sərhədyanı bölgələrdə iki hərbi və polis qərargahına qarşı terror hücumu həyata keçirməyə cəhd edən qruplaşmanın başçısı da həbs olunub.

Həmçinin bildirilib ki, "xarici ünsürlər" beynəlxalq arenada İslam Respublikasına qarşı konsensus yaratmaq, hərbi və təhlükəsizlik xərcləri formalaşdırmaq, genişmiqyaslı koqnitiv müharibə aparmaq, habelə qalıq terror ünsürlərinə maliyyə və kəşfiyyat dəstəyini davam etdirməklə xaos və etibarsızlığı yaymağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol