Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.
APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper “X”-də bildirib.
“Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib.
Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.


Şərhlər
Sagaltdıq, qulluq etdik, kökəltdik, istirahət etdirdik yetər. Qaytarmaq lazımdır. Öz ölkəmizin vətəndaşlarının bir coxu günahsız həbs olunub, verilən yeməklər keyfiyyətsiz, evdən göndərilənləri də həmişə almaq mümkünsüz. Həbs şəraiti ağır, nəfəslik acmaq belə pullu. Bir yataq yerli qarşılığında bir necə nəfər saxlanılır. Xəstələnlərin müalicəsi olunmur, cpldən göndərilən dərmanları isə buraxmaq istəmirlər.... Xülasə bu şəraitdə olan günahsızları buraxmaq olmaz, əli millətimizin qanına batanları isə "komfortlu istirahətdən azad etmək" lazımdır