Menu

Konstitusiya Məhkəməsinin sabiq hakimi vəfat edib

15.01.2026, 12:19
Konstitusiya Məhkəməsinin sabiq hakimi vəfat edib

Azərbaycanın hüquq ictimaiyyətinə ağır itki üz verib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi,  əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze 15 yanvar 2026-cı il tarixdə uzunsürən xəstəlikdən sonra vəfat edib.

Rafael Qvaladze Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurla çalışmış, ömrünün 50 ildən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr edib.

Fəaliyyəti dövrü əzrində Rafael Qvaladze Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Səmimiliyi və təvazökarlığı ilə hörmət qazanmış, yüksək insani keyfiyyətlərə malik ədalətli hakim Rafael Qvaladzenin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. 

Allah rəhmət eləsin!

Şərhlər

Müəllim 2026-01-15 12:49:42

Konstitusiya Məhkəməsi pensiyaçılar yığıncağıdır. Görəsənorada rta yaşneçədir?unu nəzərəalan var????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol