Menu

“Siçovulların gəmidən necə qaçdığını görürük” - ABŞ Maliyyə naziri İrandan təcili çıxarılan pullardan danışdı

15.01.2026, 13:42
“Siçovulların gəmidən necə qaçdığını görürük” - ABŞ Maliyyə naziri İrandan təcili çıxarılan pullardan danışdı

"İndi siçovulların gəmidən necə qaçdığını görürük. Rejim rəhbərliyi tərəfindən İrandan milyonlarla, hətta on milyonlarla dolların köçürüldüyünü və ölkədən çıxarıldığını qeydə alırıq”. 

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent İrandan pul köçürmələri ilə bağlı mediaya açıqlamasında deyib. 

Nazir qeyd edib ki, ABŞ bu prosesi izləyir və İrandakı rejimin bu pullardan istifadəsinin qarşısını alacaq: “Onlar gəmini tərk edirlər. Biz bu pulların dünyanın müxtəlif banklarına və maliyyə qurumlarına axdığını görürük. Biizm Maliyyə Nazirliyində etdiyimiz şey pulları izləməkdir. Biz bu aktivləri tapacağıq və onlar bu pulları saxlaya bilməyəcəklər.

Həmçinin, rejimin maliyyə mənbələrini kəsmək üçün İranın neft ixracına maksimum təzyiq kampaniyası aparırıq".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol