Rusiyalı məmur intihar məktubunda arvadını ittiham edib
“Yeni Moskva” elit yaşayış ərazisində Rusiya əmək nazirinin keçmiş müavini Aleksey Sklyarın cəsədi aşkarlanıb.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Sklyar intihar edib.
Məlumata görə, keçmiş yüksək vəzifəli məmur ölümündən əvvəl “Telegram” kanalında vida mesajı buraxıb və orada həyat yoldaşının "hər şeydə günahkar olduğunu" bildirib.
Hadisə yerinə gələn təcili yardım xidməti əməkdaşları cəsədin yanında tapança tapıblar.
"Baza" xəbər verir ki, Sklyarın arvadı Yuliya jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Çünki o, "ciddi emosional stress vəziyyətindədir". Ailəyə yaxın mənbələr bildiriblər ki, cütlük "son bir neçə ildə qısqanclıq üzündən münaqişələr və mübahisələr yaşayıb".
Sklyarın 50 yaşı var idi. O, 2018-ci ildən 2022-ci ilə qədər Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Məmur informasiya sistemləri və elektron dövlət xidmətlərinin göstərilməsi ilə bağlı məsələlərə nəzarət edib. Baş nazir Mixail Mişustinin sərəncamında nazir müavininin könüllü istefa verdiyi bildirilirdi.
“AzPolitika.info”


Şərhlər