Menu

Türkiyədə narkotik əməliyyatı davam edir - Məşhur voleybolçu saxlanıldı

15.01.2026, 15:56
Türkiyədə narkotik əməliyyatı davam edir - Məşhur voleybolçu saxlanıldı

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan narkotik istintaqı çərçivəsində keçirilən yeni əməliyyatda voleybolçu Derya Çayırqan da daxil olmaqla 19 şübhəli saxlanılıb. 

Bu barədə Türkiyə medias xəbər verib.

"İlk dalğadan bəri saxlanılan bütün adların verdiyi ifadələrə, rəqəmsal müayinələrə və məlumatlara əsasən istintaqın tamamilə fərqli bir istiqamətdə inkişaf etdiyini deyə bilərik", deyə yerli media yazır.

Yeni ifadələrdən biri Rabia Karacana məxsusdur. Sosial medya fenomeni olan qadın 7-ci dalğada həbs olunub. O, çox ətraflı ifadə verib. Qadına çoxsaylı fotoşəkillər göstərilib. Rabia Karacanın hər birinin adını bir-bir çəkib. Bu adlardan biri voleybolçu Derya Çayırqan olub.

Hazırda 13 şübhəli saxlanılır. Əməliyyatın jandarma qrupları tərəfindən həyata keçirildiyi bildirilir. (Qaynarinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol