“Artıq iki aya yaxındir ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib”.
“AzPolitika” xəbər verr ki, bunları Milli Şura Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli “Facebook” səhifəsində yazıb.
O, qeyd edib ki, bu gün Ankara İdarə Məhkəməsi üzərinə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciəti əsasında İstanbul Valiliyinə sorğu göndərib. Hacıbəyli vurğulayıb ki, G-82 kodu onun hansısa terror təşkilatına üzv olması şübhəsinə görə verilib. “İstanbul Valiliyi Köç İdarəsi Ankara İdarə Məhkəməsinin sorğusuna verdiyi cavabda göstərib ki, onlar Türkiyə MİT-nin 19.11.2025 tarixli 197899223 saylı yazısına əsasən bu kodu mənim üzərimə qoyublar. Bu koda əsasən mənim Türkiyə dövlətinin təhlükəsizliyi üçün təhlükə yaratdığım bildirilir”, - keçmiş deputat bildirib.
O, Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) başqanı İbrahim Kalına müraciət edərək, heç bir terror təşkilatı ilə əlaqəsinin olmadığını deyib və barəsindəki ittihamlara münasibət bildirməyi xahiş edib.
Xatırladaq ki, Gültəkin Hacıbəylinin “Ramiz Mehdiyev” işə üzrə aparılan istintaq çərçivəsində Türkiyədən Azərbaycana gətirilməsi həyata keçirilir. Onun şikayətləri əsasında iki aya yaxındır hüquqi müstəvidə iş aparılır.
“AzPolitika.info”


Şərhlər