Kipr Administrasiyasının Avropa İttifaqına (Aİ) müvəqqəti sədrliyi qəbul edərkən Şimali Kipr Türk Respublikasına qarşı istifadə etdiyi "işğal" və "ilhaq" ifadələri tamamilə qeyri-qanunidir.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib.
"Əsl işğal və ilhaq 1963-cü ildə yunan tərəfinin Kipr türklərinin hüquqlarını əllərindən alması ilə başlayıb" , - sözçü qeyd edib.
Onun sözlərinə görə, Aİ-nin Yunanıstan və Cənubi Kiprin marginal tezislərinə əsir olması, birliyi qlobal bir güc olmaqdan çıxarıb.
"Aİ Kipr məsələsində tərəfsiz deyil, buna görə də heç vaxt vasitəçi ola bilməz" , - Ö.Çelik vurğulayıb.
https://x.com/omerrcelik/status/2011703051447333142?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2011703051447333142%7Ctwgr%5E5a57e5c6744d44660cefc2ae0fef1b54f92209dc%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Fomer-celik-ai-hec-vaxt-kipr-meselesinde-vasiteci-ola-bilmez


Şərhlər