Menu

Azərbaycanda orta aylıq əməkhaqqı 9 %-dən çox artıb - Rəsmi

16.01.2026, 13:06
Azərbaycanda orta aylıq əməkhaqqı 9 %-dən çox artıb - Rəsmi

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrünə nisbətən 9,3 % artaraq 1 089,2 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2025-ci il dekabrın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 797,4 min nəfər olub, onlardan 869 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,2 %-i təhsil, 14 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Şərhlər

Elşən 2026-01-16 15:02:03

Başa düşmürəm Azərbaycan muzdla çalışanlardan. Polislərdən , təqaudçilərdınmi ibarətdir . Qalan xalqı əmək haqqısı nə vaxt qalxacaq dəmiryolu neft gəmiçilik büdcəni dolduran bunlardı gözünüzü açın baxın da

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol