ABŞ Ukraynadakı müharibəyə təcavüzü mükafatlandıracaq şəkildə son qoymaq istəmir.
Bunu respublikaçı senator Lindsi Qrem "X" hesabından etdiyi paylaşımda bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp əvvəlki prezidentlər Barak Obama və Co Baydenin nail ola bilmədiyi "Ukraynadakı qanlı qırğını" "ləyaqətlə və ədalətlə" bitirmək istəyir.
"Sadəcə xatırlatmaq istəyirəm ki, Ukraynadakı qan tökülməsinə son qoymaq üçün hər hansı bir təhlükəsizlik razılaşması Konqres tərəfindən nəzərdən keçirilməlidir. Mən detalları diqqətlə izləyirəm. Məqsəd bu dəfə gələcək işğalları dayandıracaq bir razılaşmaya çatmağımızı təmin etməkdir, Obama və Bayden isə bunu edə bilmədilər", - Qrem yazıb.
Senator hesab edir ki, rus əsgərləri tezliklə Ukraynadan qovulmayacaq, lakin müharibə təcavüzkarı mükafatlandırmayan şəkildə başa çatdırılmalıdır.
"Mümkün ərazi mübadiləsi ilə bağlı mən realistəm və başa düşürəm ki, rus əsgərləri tezliklə Ukraynadan qovulmayacaq. Eyni zamanda, biz bu münaqişəyə təcavüzü mükafatlandıran şəkildə son qoymamalıyıq", - deyə o əlavə edib.
"AzPolitika.info"


Şərhlər
Kor kora kor deməsə bağrı çatlayar.