Menu

İrandakı aksiyalarda ölən şəxslərin sayı artıb

16.01.2026, 15:33
İrandakı aksiyalarda ölən şəxslərin sayı artıb

ABŞ-də yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA), İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 2677-yə çatdığını açıqlayıb.

HRANA-nın məlumatına görə, ölkə daxilində baş verən hadisələrdə 2600-dən çox insan yaralanıb, 19097 nəfər isə saxlanılıb. Nümayişlər zamanı baş verən toqquşmalarda 2677 nəfər həyatını itirib.

İran hakimiyyəti hələlik etirazlarda ölən və ya yaralananların ümumi sayı ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən etiraz aksiyaları keçirilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol