Menu

Körpələr evinin müdirinə xəsarət yetirilib

16.01.2026, 16:06
Körpələr evinin müdirinə xəsarət yetirilib

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir. İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol