Menu

Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlandı

16.01.2026, 20:52
Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlandı

Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlunun narkotik testlərinin nəticələri açıqlanıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hər iki məşhurun analiz nəticələri neqativ olub.

Qeyd edək ki, Kaynarca və Müftüoğlu Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində saxlanılmışdılar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol