Menu

"Qalatasaray" azarkeşləri rəhbərliyi istefaya çağırıb

18.01.2026, 01:04
"Qalatasaray" azarkeşləri rəhbərliyi istefaya çağırıb

Türkiyənin "Qalatasaray" futbol klubunun azarkeşləri İdarə Heyətini istefaya çağırıblar.

Bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, buna Superliqanın XVIII turunda "Qalatasaray"ın "Qaziantep"i qəbul etdiyi matçda hesabda geri düşməsi səbəb olub. Mohamed Bayonun qolundan sonra "Qalatasaray" Barış Alper Yılmazın sayəsində hesabı bərabərləşdirsə də, qələbə qazana bilməyib - 1:1.

Buna baxmayaraq, "Qalatasaray" Türkiyə çempionatında ilk pillədədir və ən yaxın izləyicisi "Fənərbağça"nı 4 xal qabaqlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol