Menu

Ərdoğan Əhməd Əl Şaraaya dəstəyini ifadə edib

19.01.2026, 01:10
Ərdoğan Əhməd Əl Şaraaya dəstəyini ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.

Bu barədə "Haber Global"a istinadən xəbər verir.

Qeyd olunub ki, liderlər iki ölkə arasındakı münasibətləri və Suriyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə önəm verdiyini bildirib.

Türkiyənin rəhbəri Suriya ərazisinin terrorizmdən tamamilə təmizlənməsinin həm Suriya, həm də bütün region üçün vacib olduğunu və Ankaranın Dəməşqə, xüsusən də terrorizmlə mübarizədə dəstəyinin artmağa davam edəcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol