Menu

İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər irəli sürülüb

19.01.2026, 14:07
İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər irəli sürülüb

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlər irəli sürülüb.

Bununla bağlı məsələ bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

İdman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən, Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfəri 6 il müddətinə təsdiq etməlidir.

Şərhlər

Müəllim 2026-01-19 19:40:15

Yayım şurasını Azərbaycan tele məkanlarında gedən verilişlərin səviyyəsi , təşkili, mövzuları.aparıcıların boşboğazlıqları.tamaşaçılara hörmətsizliyi niyə maraqlandırmır? Heç olmasa yünta televiziya proqramlarına baxıb bir az ciddi olsunlar.Ölkədə başverən tək-tək rybəcər haların düntat ekrana çıxarlması nə qədər lazımlı və etikdir?Bu Zaurların,Xoşqədəmin.Elgizin verilşlərində daha qabarıqdır.axı televiziya verilişləri hətta xarici ölkələrdə də baxıla bilir. Ayıb deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol