Menu

Ötən il Azərbaycanda 3 tona yaxın qızıl istehsal edilib

19.01.2026, 15:22
Ötən il Azərbaycanda 3 tona yaxın qızıl istehsal edilib

2025-ci ildə Azərbaycanda 2965.1 kq qızıl, 3646 kq isə gümüş istehsal edilib.

“AzPolitika” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.3%, gümüş istehsalı isə 14.5% artıb.

Qeyd edək ki, 2026-cı il yanvar ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 43.5 kq və 361.9 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol