Menu

Rusiyada qiymətlər kəskin bahalaşıb - Vergilərin artırılması və müharibə öz sözünü deyir

20.01.2026, 13:03
Rusiyada qiymətlər kəskin bahalaşıb - Vergilərin artırılması və müharibə öz sözünü deyir

1 yanvar 2026-cı il tarixindən etibarən qüvvəyə minən vergi artımından sonra Rusiya müəssisələri xidmət və mallarının qiymətlərini kəskin şəkildə qaldırıblar.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Ticarət və Sənaye Palatasının (TİP) rəhbəri Sergey Katırin "İzvestiya"ya verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, logistika şirkətləri dərhal tariflərini 10-20% artırıblar. Qida xidməti, özəl səhiyyə, təhsil sektorlarında qiymət artımları orta hesabla 8-10%, İT və rəqəmsal xidmətlərdə isə 5-7% təşkil edib.

Bundan əlavə, Katırin qeyd edib ki, 2025-ci ildə əksər şirkətlər ilin əvvəlində qəfil artımların qarşısını almaq üçün gələcək vergi dəyişikliklərini zatən yeni qiymətlərinə daxil ediblər. Həmin vaxt xidmət və məhsulların qiymətlərini orta hesabla 10% artırıblar. Biznes nümayəndələri qiymət artımlarını vergi, əmək haqqı, kirayə haqqı, kommunal xidmətlər, yanacaq, avadanlıqların saxlanılması və avadanlıqların alınması xərclərinin artması ilə əlaqələndirirlər.

Rosstat-ın məlumatına görə, ölkədə inflyasiya təkcə 1-12 yanvar tarixləri arasında, cəmi 11 gündə 1,26%-ə qədər sürətlənib. Mərkəzi Bank ilin sonuna qədər onun 4-5%-ə çatacağını gözləyir. Lakin reallıq tamamilə başqadır…

Xatırladaq ki, Rusiyada vergi yükü 2026-cı ilin əvvəlindən artıb. Hökumət əlavə dəyər vergisini (ƏDV) 20%-dən 22%-ə qaldırıb. Eyni zamanda, kiçik bizneslər üçün “vergi islahatı” başlayıb ki, bu da 4,4 milyon kiçik sahibkarın xərclərini artırıb. Ümumilikdə, Rusiya Maliyyə Nazirliyi bu vergi dəyişiklikləri vasitəsilə Ukraynadakı müharibə üçün istifadə ediləcək 3,2 trilyon rubl əlavə vergi toplamağı planlaşdırır.

Təəsüf ki, Azərbaycan hökumətinin iqtisadi bloku da təxminən eyni yolla gedir. Azad və müasir tələblərə uyğun iqtisadi modellər tətbiq etmək, biznesi həvəsləndirmək əvəzinə, onu boğmağa yönələn, fiziki şəxslərin gəlir vergisi də daxil olmaqla, xüsusilə kiçik biznesə qarşı həyata keçirilən “vergi siyasəti”, eləcə də cərimə, maliyyə sanksiyaları, həmçinin yanacaq, kommunal xidmətlər və s. sahələrdəki artımlarla iqtisadiyyatımızın daralmasını, qiymətlərin isə yüksəlməsini qaçılmaz edir.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Vətəndaş 2026-01-20 16:44:36

Ruiyada qiymətlərin bahalaşmasından yazmağın məqsədi bizdəki bahalaşmaya haqq qazandırmaqdır? Rusiya 4 ildir müharibə aparır Resursları tükənir Bu ölkədə bahalaşma adi hak limi qəbul edilə bilər.Bəs Azərbaycanda kifayət qədər resurslar olduğu, dolların dəyəri sabit saxlandığı halda bir-birii dalınca süni bahalaşmaların səbəbi nədir?Müharibə 5 ildiru qurtarıb.millət bahalşnadan tənə gəlib.....

Asif 2026-01-20 16:25:58

Oz derdinizi cekin. Isteyen kimide super yasayiriq

Zaur 2026-01-20 14:18:06

Azerbaycanda Kićik, orta bizmesi mehv edibler. Böyuk biznes ise tayfabaz, korrupsiyoner bir qrup iri memurlarin elindedir. Rusiyada muharibe, sanksiyalar , buna baxmayaraq Azerbaycandakindan yüz defe yaxşidir her bir sahede veziyyet.. Ayib olsun Azerbaycan hökumeti ve qaniçen memurlarina...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol