Menu

"2019-2023-cü illərdə Türkiyə İsrailin ən böyük ticarət tərəfdaşlarından olub" - “Al Jazeera"

20.01.2026, 15:38
"2019-2023-cü illərdə Türkiyə İsrailin ən böyük ticarət tərəfdaşlarından olub" - “Al Jazeera"

Türkiyə 2019-2023-cü illərdə İsrailin əsas ticarət tərəfdaşlarından biri olub.

APA xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

Məlumata görə, bu illərdə Türkiyə və İsrail arasında ticarət dövriyyəsi 35.7 milyard dollar təşkil edib ki, bu da İsrailin xarici ölkələrlə ticarətinin 4.8 faizi deməkdir.

2019-2023-cü illərdə İsrailin ən böyük ticarət tərəfdaşları arasında ABŞ, Çin, Almaniya, İsveçrə və Niderland da var.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin aprelində İsraillə ticarəti dayandırdığını və bu ölkəyə ixracatın kəsildiyini rəsmi olaraq bildirib. Lakin bir sıra media məlumatları iki ölkə arasında ticarətin hələ də davam etdiyini xəbər verir.

Xatırladaq ki, Türkiyədə bəzi dairələr, o cümlədən bir sıra mətbuat orqanları Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edir. Yuxarıdakı faktlar isə Türkiyə ilə İsrail arasında ticari-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir, belə ki, Türkiyə İsrailin ən böyük ticarət tərəfdaşları sırasında yer alıb.

Şərhlər

Bəhrami 2026-01-20 16:14:34

Yer kürəsinin isti mərkəzindən Siyasi-iqtisadi aləmə obyektiv-operativ xəbərləri ilə səslənən *Əl Jəzairə* bu dəfə Çin, ABŞ, Almaniya, İsveçrə, Niderland və Türkiyənin Yaxın Şərqi Hərbi Nəzarətdə saxlayan kiçi İsraildən mühüm asılılıqlarını diqqətə gətirib!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol