Menu

Zelenski Trampla görüşün hansı halda keçiriləcəyinə aydınlıq gətirib

20.01.2026, 16:18
Zelenski Trampla görüşün hansı halda keçiriləcəyinə aydınlıq gətirib

ABŞ Prezidenti Donald Trampla görüş yalnız sənədlər hazır olduqda baş tutacaq.

APA-nın “UNİAN“-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O deyib ki, ABŞ-la istənilən görüş praktiki nəticələrlə - Ukraynanın təhlükəsizlik və energetika sahəsində gücləndirilməsi ilə bağlı qərarlarla və ya müharibənin başa çatması istiqamətində addımlarla başa çatmalıdır.

“Buna görə danışıqlar yalnız müvafiq sənədlər hazır olduqda mümkündür”, - Ukrayna lideri qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol