Menu

Ukraynanın Baş naziri Azərbaycana təşəkkür etdi - FOTO

20.01.2026, 23:12
Ukraynanın Baş naziri Azərbaycana təşəkkür etdi - FOTO

Yaxın günlərdə Ukrayna tərəfdaşlarından yeni enerji yardımı alacaq.

Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün teleqram kanalında bildirib. O, qeyd edib ki, yaxın günlərdə ölkəyə Azərbaycan, Slovakiya və Çexiyadan növbəti yardımlar daxil olacaq.

"Azərbaycanın təqdim etdiyi yardıma generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar dəstək daxildir. Bu yardım dağıdıcı atəşlərdən sonra Ukraynanın enerji infrastrukturunun bərpasında əsas rol oynayır" , - Baş nazir qeyd edib.

Sviridenko vurğulayıb ki, Azərbaycan da daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ukraynalıların evlərində istilik və elektrik enerjisini operativ şəkildə bərpa etmək mümkün olur.

"İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstəyi Fonduna 25 milyon avro göndərəcək" , - o əlavə edib.

Şərhlər

Atilla 2026-01-21 02:16:54

Muharibe eden olkenin baş nazirine bax sanki savaşmayaq sevisek deyir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol