Menu

Qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb

21.01.2026, 10:23
Qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb

Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb.

"AzPolitika" xəbər verir ki, Binəqədi rayonu ərazisində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Yaşar Allahyar oğlu Eyvazov qonaq gəldiyi qardaşının evindəki hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol