Menu

Səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək

21.01.2026, 12:04
Səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək

Hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək.

Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı il yaz sessiyası üzrə iş planına daxil edilib.

Komitənin sədri Arzu Nağıyev bildirib ki, cəmiyyətdə səfərbərlik və hərbi xidmətkeçmə haqqında çoxsaylı suallar var:

"Bunlara aydınlıq gətirilməsi vacibdir. Komitənin təşkilatçılığı ilə keçiriləcək dinləməyə müvafiq qurumların təmsilçiləri də dəvət ediləcək".

Şərhlər

Maksim Mammadov 2026-01-22 14:26:02

Yalandan hər çağırışdan qabaq özünüzü göstərirsiniz. Qonşunun oğlu yalanda 3 il Almaniyada magistr oldu, magistrlik iki ildir, donrNguya doktoranturaya qəbul oldu.,İl boyu burada Çıncəfıdir. Hardadır qanun, birinə olar, o birinə yox. Bu Gəncədəki idarınixi kişiliğiniz varsa kişi kimi yoxlayın. Rüşvət olduğu kimi qalır.

Memmedov Royal Azer oglu 2026-01-21 19:16:36

Mən 1999cu ilde Gence şeherinde anadan olmuçam ali tehsilliyem herbi xidmete getmek istiyirrem saglamligim yerindedi sadece uzumde leke var vitiliqo bu sebebden aparmirlar ancaq konullu getmek istiyirem xahiş edurem komekluk edesiniz atam 1ci qarabag qazisi olub sonra polis orqaninda işliyib 2014 cu ilde xidmeti vezifesini yerine yetirerken vefat edib bir daha xahiş edirem komekluk edesiniz herbiye getmeim uçun evvelceden teşekkur edirem

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol