Menu

"Azər-Türk Bank"a sədr təyin edilib

21.01.2026, 13:56
"Azər-Türk Bank"a sədr təyin edilib

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Bankın İdarə Heyətinin (İH) üzvü Günel Nəbiyeva sədr təyin edilib.

Məlumata görə, G. Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2008-ci ildə isə magistr pilləsində bitirib.

O, bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir, 2006-cı ildən "Unibank" ASC-də, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif rəhbər vəzifələr tutub, 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində (AİH) Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb, 2022-2025-ci illərdə "Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində yer alıb, 2025-ci ilin dekabr ayından İH-nin üzvü seçilib.

G.Nəbiyeva AİH-dəki fəaliyyəti dövründə ölkə Prezidentinin müvafiq sərəncamları ilə "Bakı Metropoliteni" QSC-nin və "BakuBus" MMC-nin Müşahidə Şuralarının üzvü təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol