Ötən ilin nəticələrinə görə, pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfərə düşən orta aylıq xərci 550,2 manat olub.
Rəsmi məlumatlara əsasən, bu məbləğin 300,3 manatı (54,5%) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına, 249,9 manatı (45,5%) isə qeyri-ərzaq mallarına yönəlib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici daha aşağı olub. Həmin il pərakəndə ticarətdə bir nəfərin orta aylıq xərci 508 manat təşkil edib. Bu vəsaitin 278,8 manatı (54,9%) ərzaq və içkilərə, 229,2 manatı (44,1%) isə qeyri-ərzaq məhsullarına xərclənib.
Beləliklə, son bir ildə əhalinin pərakəndə ticarətdə aylıq xərcləri artıb, artım həm ərzaq, həm də qeyri-ərzaq malları üzrə müşahidə olunub.
"AzPolitika.info"


Şərhlər
Müqayisə apararkən Azərbaycanda hər ay qrtan süni bahalaşmalar nəzərə alnıbmı ? Milət az maaş.təqaüdlə başalıb gedən bahalaşmalar qarşısında olduqca ağır vəziyyətə salınıb.Rəqəmlərlə manipultasiya edib millətə nağıl danışmaq.prezidenti faktiki vəziyyətidən məlumatsız etmək, aldatmaq xalqa qarşı ən ağır cinayəydir.