Menu

"Maduro saxlanılan kimi Venesuela rəhbərliyi razılaşma istədi, ağıllı adamlardır" - Tramp

21.01.2026, 18:17
"Maduro saxlanılan kimi Venesuela rəhbərliyi razılaşma istədi, ağıllı adamlardır" - Tramp

Venesuela rəhbərliyinin əməkdaşlığını yüksək qiymətləndiririk.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışında deyib.

Tramp bildirib ki, Venesuela rəhbərliyindəki şəxslər ağıllı adamlardır. Onun sözlərinə görə, Maduro saxlanılan kimi, Venesuela rəhbərliyi ABŞ-la razılaşma əldə etmək istəyib.

"Bunu daha çox ölkə etməlidir”, - Tramp qeyd edib.

O əlavə edib ki, ABŞ artıq Venesueladan 50 milyon barel neft götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol