Menu

"Qarabağ"ın futbolçusu "Ayntraxt"la oyununun ən yaxşısı seçilib

21.01.2026, 23:53
"Qarabağ"ın futbolçusu "Ayntraxt"la oyununun ən yaxşısı seçilib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilmiş "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.

O, sözügedən matçda 2 qol vurmaqla komandasının qələbəsinə əsas pay sahiblərindən biri olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol