Menu

"Hakimin ədalətsiz qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı" - İlham Əliyev

22.01.2026, 08:57
"Hakimin ədalətsiz qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı" - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

İlham Əliyev bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı.

Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!", - deyə paylaşımda bildirilib.

Şərhlər

Asif 2026-01-22 09:24:01

Beli. Qarabag ilk once UEFA ya ve edaletsizliyin meydandaki simvolu hakime qalib geldi.ehsen usaqlar bu qelebenin adi yoxdur.Futbol bir yana qalsin savasdilar.mohtesem qelebe!efsanesiniz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol