Menu

Azərbaycanda cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur

22.01.2026, 11:17
Azərbaycanda cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur

Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur.

"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, həmin vasitələr daha çox yeniyetmə və gənclər üçün maraqlıdır:

"Gənclər arasında bıçaqlanma hadisələrinin tez-tez baş verməsi təəssüf doğurur. Statistika göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Ona görə də həmin bıçaqların satışı və istifadəsinin qadağan olunması məqsədəuyğundur".

Şərhlər

Mahir 2026-01-22 13:29:37

Uraaaaaaa!Molodes!!!! İki seçkini yatıb indicə durdu və şeytanın da ağlına gəlməyən təkliflə qəttəzə Amerika kəşf elədi. Gəncəlilər demiş ASXİ məytəbini bitirif dana. İllərdir dilini qarnına soxub deputat maşını xirid eləyirsən heç olmasa danışdığını bil sora ağzından çıxar dana..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol