Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Trampın “Sülh Şurası” ilə bağlı Azərbaycan ictimaiyyətində mövcud suallara münasibət bildirib. O qeyd edib ki, bu qurumun mahiyyəti hələ dəqiqləşməyib və Azərbaycan üçün qoşulmanın məqsədi də tam aydın deyil.
T.Zülfüqarov bildirib ki, hələlik məlum deyil: bu, yeni BMT modelidirmi, yoxsa Qəzza ilə bağlı razılaşmaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş layihədir. Vəziyyət isə hələ dinamik olaraq dəyişir.
Keçmiş nazir Azərbaycanın maraqlarına toxunaraq vurğulayıb: “Şurada iştirakın iki yolu var - ya tam hüquqlu oyunçu kimi iştirak etmək, ya da menyunun bir hissəsi olmaq. Azərbaycanın məqsədi oyunçu olmaqdır”.
O həmçinin xatırladıb ki, “Sülh Şurası”na dəvət hər ölkəyə verilmir və yalnız seçilmiş dövlətlər iştirak edə bilər ki, bu da Azərbaycanın iştirakının strateji əhəmiyyətini göstərir.
“AzPolitika.info”


Şərhlər
Bu kimi açıqmaları eşidəndə azərbaycanlı olmaqdan utanıram.Bu eks nazirin beyni,lap peyin imiş
İsrailin vurub dağıtdığını canı çıxıb dünya ölkələri pul töküb düzəltməlidir. Bizim rayonlarda köhnə başçının dağıtdıqlarını yeni təyin olunan başçının kötəyi ilə rayon camaatının pulu ilə düzəldilməsi kimi... Qazilərimiz, veteranlarının zəhmət çəkib gözləsinlər gedək ermənini müdafiə edən Yasir Ərəfatın vətənini düzəldək....