“Biz bu təcili yardım maşın ilə (99-JG 046 dövlət nömrə nişanlı) ağır xəstə olan körpə uşağı Bakıya - xəstəxanaya götürmüşük. Uşağın vəziyyəti pisdir, həkim deyir ki, cihaz artıq onun təzyiqini ölçə bilmir. Amma 103 tələb edir ki, xəstəni düşürün, təcili yardım maşınını geri qaytarın”.
“AzPolitika” bildirir ki, bu barədə “Tik Tok” sosial şəbəkəsində yayılan videoda bildirilir.
Xəstə yaxını olan şəxs vurğulayır ki, təcili yardım uşağı Bakıya aparmaqdan imtina edərək yolda düşürüb. Onların köməyinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları gəlib. Onlar körpəni YPX avtomobilinə qoyaraq Gəncədə xəstəxanaya çatdırıblar.
Hadisə ilə bağlı daha ətraflı videoda:


Şərhlər
Polis və həkim. Dinsizlə imansız qarşı-qarşıya gəldi. Polis həkimdən yaxşı olası oldu. Uşağı qarın-qiyamətin ortasına atın və geri dönün əmrini ancaq Hitler verə bilərdi. Bu FAŞİZMDIR. İki daşın arasında israrla nəfəs ala bilməyən bir uşaqdan göndəriş adlı bir kağız parçası tələb etməyin özü də FAŞİZMİN təzahürüdür. Bunu kim edər? Bunu hansı millət edər? İşdən çıxarırlar cəhənnəmə çıxartsınlar. Sən müdirin dediyini edirsən, ya ALLAHın, ay avara-cahil? Humanizm bütün qanunlardan üstədir.
Baxıram, polis əməkdaşları digər qurumların işçilərindən insaflı davranır, Allah onların köməyi olsun. Səhiyyə işçilərinin belə davranışları qəbuledilməzdir.