Azərbaycanda kənd təsərrüfatına subsidiyaların verilməsi fermerlərə heç bir xeyir gətirmir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə bildirib.
Onun sözlərinə görə, fermerlərin yetişdirdikləri məhsulları satmaq və gəlir əldə etmək imkanları yoxdur: "Bölgələrdə emal müəssisələri yox dərəcəsindədir. Son nəticədə mövcud olan azsaylı müəssisələr məhsulları istədikləri qiymətə qəbul edirlər. Nəticədə fermerlər böyük zərər çəkir. Subsidiya əvəzində aqrar sahədə perspektivi olan investisiya qoysaq, daha səmərəli olar. Onsuz da biz bu pulu xərcləyirik, ancaq necə xərcləyirik məsələsi var".


Şərhlər
Sən niyə narahatsan? Sizin pullarımız ki, dağ şəlaləsi kimi heç bir subsidiya, investisiya yatırmadan avam millətin inancından şırhaşır gəlir... Sənin qayğın isə həcc ziyarətinə getmək üzrə hər tekordu təzələmək olmalıydı axı....