Menu

Babək prospektində yol qəzası olub

23.01.2026, 20:09
Babək prospektində yol qəzası olub

Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, iki BYD markalı avtomobilin iştirakı ilə qəza qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardim maşını gəlib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə yerində yüngül xəsarət alan 1 nəfərin (kişi) tibbi yardımdan imtinası qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol