Menu

Əbu-Dabi danışıqları sabah davam etdiriləcək

23.01.2026, 23:30
Əbu-Dabi danışıqları sabah davam etdiriləcək

Hazırda Əbu-Dabidə keçirilən Ukrayna ilə bağlı görüşdə tərəflər danışıqları 24 yanvarda davam etdirmək barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

"Biz davam etməyə razıyıq, heç kim qapını çırpmır", - mənbə bildirib.

Xatrladaq ki, bu gün Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb.

Bu, müharibə başlayandan bəri Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol