Menu

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ danışıqları başa çatıb

24.01.2026, 01:13
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ danışıqları başa çatıb

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın üçtərəfli işçi qrupu arasında danışıqlar başa çatıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, tərəflər görüş zamanı sülh razılaşması istiqamətində müəyyən irəliləyiş əldə ediblər. Hazırda Rusiya-Ukrayna münaqişəsinin həlli üçün bir neçə ssenari üzrə müzakirələr aparılır.

Lakin Donbasın ərazi məsələsi əsas olaraq qalır. Bu məsələ həll olunmadan danışıqlarda çıxılmaz vəziyyəti aradan qaldırmaq mümkün deyil.

Danışıqlar yanvarın 24-də davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol