Menu

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

24.01.2026, 11:54
Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb.

Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır.

Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol