Menu

AVP-nin növbəti qurultayı keçirilib - Günay Ağamalı sədr seçilib

24.01.2026, 15:36
AVP-nin növbəti qurultayı keçirilib - Günay Ağamalı sədr seçilib

Bu gün “Ana Vətən” Partiyasının IX qurultayı keçirilib.

Partiyadan APA-ya verilən xəbərə görə, AVP sədri Fəzail Ağamalı Qurultayın işinə uğurlar arzulayıb, 2020-ci ildən - 2025-ci ilin sonunadək daxil olmaqla keçən dövr ərzində partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra gündəlikdə duran məsələlərə baxıldı və müvafiq qərarlar qəbul edilib.

Partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalı AVP sədri seçilib.

Ömər Hüseynli partiya sədrinin müavini, həmçinin İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.

Nizamnamədə bir sıra dəyişikliklər edilib.

Qeyd edək ki, keçən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub. Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib. Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb. Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlayıb.

Şərhlər

Ağa 2026-01-24 21:21:50

Ağa Malı və ya ağalarının malı bütün ömrü boyu necə saxta həyat yaşayıbsa ömrünün sonu da elə sifətinə çırpılır. Partiya sədrinin oğlunun və ya qızının olmasının nə bu cəxalqa nə bu dövlətə ziyandan başqa heç bir əhəmiyyəti yoxdur. Üzdə olan deputat qızı isə elə ilk tanınmağa başlayan gündən əmin olun hamıda ikrah doğurur. Sanki atasından betər saxtakardır.

miri 2026-01-24 21:17:41

Agamalılar onsuzda olmayan siyasi səhnəni gülməli etdilər. Aglamalıların gülməli teatrı))))

Eli 2026-01-24 19:22:42

Bu partiyanın yeqin 3 üzvü var :Ata ve balaları ki onları isare ede bilmir.

Rr 2026-01-24 19:06:26

Utanmasan , oynamaqa ne varki)

Elxan 2026-01-24 19:05:37

Siyasi partiyalara dövlət tərəfindən hər il pul ayrılır.Ağamalıların da bir-biri ilə konfliktinə məhz bu amil səbəb oldu

sadiq 2026-01-24 17:08:25

agamalıların bu oyuncaq və kukla mini məclisi ləğv olunmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol