Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyəti hotelə qayıdıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Beləliklə, danışıqların ikinci raundu başa çatıb. Danışıqların davam edib-etməyəcəyi ilə bağlı hələlik heç bir şərh verilməyib. Görüş tam qapalı formatda, yekunda mətbuat üçün açıqlama verilmədən keçirilib.
Qeyd edək ki, bu gün Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü idi.
Məlumata görə, görüşlər müxtəlif formatlarda keçirilir.
"Associated Press" agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.
“Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, - mənbə bildirib.
Bildirilir ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.
***
ABŞ, Rusiya və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar raundu gələn həftə Əbu-Dabidə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.
"Ukrayna rəsmiləri mənə bildirdilər ki, ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar "pozitiv" və "konstruktiv" olub. Növbəti danışıqlar raundu gələn həftə Əbu-Dabidə keçiriləcək", - deyə o yazıb.


Şərhlər